"Bavariya"nın transfer bombası rəsmiləşdi
"Tottenhem"in futbolçusu Harri Keynin "Bavariya"ya keçidi rəsmiləşib.
Sportline.az xəbər verir ki, bu barədə Münhen klubunun saytı məlumat yayıb. İngiltərəli hücumçu ilə 4 illik müqavilə imzalanıb. O, "Bavariya"da 9 nömrəli formada çıxış edəcək.
İnsayder Fabritsio Romano bu keçid üçün "Bavariya"nın London klubuna 100 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü "Tottenhem"in yetirməsidir. O, bu komanda ilə ümumilikdə 317 oyuna 213 qol vurub. Keyn müxtəli illərdə İngiltərənin "Leyton Orient", "Milluoll", "Norviç" və "Lester" klublarında oynayıb. 30 yaşlı forvard ilk dəfə legioner həyatı yaşayacaq.