"Bavariya"nın yeni hədəfi

"Sauthempton"un müdafiəçisi Armel Bella-Koçap Bundesliqaya qayıda bilər.

Sportline.az xəbər verir ki, "Bavariya" Dortmund "Borussiya"sı ilə də maraqlanan 21 yaşlı almanla maraqlanır.

Bella-Koçap ötən ilin yayında "Bohum"dan İngiltərəyə köçüb. İl ərzində İngiltərə klubunda bütün yarışlarda 26 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.