“Bayer 04” “Qarabağ”la bağlı səmimi paylaşım edib: Komandanıza böyük hörmətlə yanaşırıq
Almaniyanın “Bayer 04” futbol klubu “Qarabağ”la bağlı paylaşım edib.
Sportline.az xəbər verir ki, paylaşımda qeyd olunub:
“Komandanıza böyük hörmət bəsləyirik! Bizə 4 əla oyun yaşatdınız, amma xahiş edirik, bunu bir daha etməyin!”.
Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununda “Bayer 04”ə məğlub olub.