“Bayer 04” xal itirdi

Almaniya Çempionatının son qalibi “Bayer” evdə “Holşteyn Kel”i qəbul edib.

Sportline.az xəbər verir ki, meydan sahibləri 2-0 hesabı ilə irəli çıxsalar da, hesabı qorumaqı bacarmayıblar. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

Oyunda qolları Viktor Bonifeys 4, Yonas Hofman 8, qonaqlarda isə Maks Gesvil 45+5, Can Fiete Arp 69-cu dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Bayer” 11 xalla 5-ci, “Holşteyn” isə 2 xalla 17-ci pillədə qərarlaşır.