"Bayer Leverkuzen" "Fənərbağça"nın futbolçusunu istəyir

"Bayer Leverkuzen" "Fənərbağça"nın futbolçusu ilə maraqlanır.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Almaniya klubu "sarı-lacivərtlər"in polşalı hücumçusu Sebastian Şmanski üçün təklif göndərməyə hazırlaşır. 

"Fənərbağça" klubu təcrübəli hüumçu üçün minimum 20 milyon avro təklif gələcəyi təqdirdə keçidə icazə verəcəyini bildirib.

Qeyd edək ki, Sebastian Şmanski bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 46 matçda 12 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.