“Bayer”dən növbəti qələbə

Bundesliqanın 7-ci turunda son çempion “Bayer 04” öz meydanında “Ayntrax”la qarşılaşıb.

Sportline.az xəbər verir ki, matç “Bayer”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesab 16-cı dəqiqədə açılıb. “Ayntraxt”ın oyunçusu Marmuş penaltini dəqiq yerinə yetirib.

“Bayer”in qollarını 25-ci dəqiqə Robert Andrix və 72-ci dəqiqədə Viktor Bonifeys vurub.

Bonifeys 9-cu dəqiqədə isə penalti fürsətini boşa verib.

Qeyd edək ki, “Bayer” 14 xalla 4-cü, “Ayntraxt” isə 13 xalla 5-ci pillədə qərarlaşır.