Bekhem "Mançester Yunayted"ə qayıda bilər
"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Devid Bekhem kluba səfir kimi qayıda bilər.
Sportline.az xəbər verir ki, bu, klubun alqı-satqısı ilə bağlı danışıqlar aparan Şeyx Casim tərəfindən alınacağı təqdirdə baş verəcək.
Bekhem “Mançester Yunayted”in yetirməsidir. 2003-cü ildə İngiltərə klubundan "Real Madrid"ə keçib. İndi 48 yaşlı ingilis Lionel Messinin oynadığı "İnter Mayami"nin ortaq sahibidir.