Bekhemdən "Mançester Yunayted"in prezident dəyişikliyinə münasibət
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Devid Bekhem nə üçün klubun hazırkı sahibləri Qleyzer qardaşlarının komandanı yeni investorlara satmalı olduğunu düşündüyünü ətraflı izah edib.
Sportline.az xəbər verir ki, əfsanəvi futbolçu bunun yaxşıya doğru addım olduğunu açıqlayıb.
“Bir azarkeş və keçmiş oyunçu kimi hər şeyin həll olunmasını istəyirəm. Klubumuzun sahibi kimdirsə, biz istəyirik ki, onlar həvəsli olsunlar, fəal iştirak etsinlər, düzgün qərarlar versinlər, düzgün oyunçular cəlb etsinlər və kluba sərmayə qoysunlar. Çünki klubun həqiqətən sərmayələrə ehtiyacı var, istər məşq obyekti olsun, istər stadion, istərsə də meydança... Bu cür vacib işlər görülməlidir, dəyişikliklər həqiqətən baş verməlidir" – deyə Bekhem "The Athletic"ə müsahibəsində bildirib.