Belçikadan İngiltərəyə
"Anderlext"in mərkəz müdafiəçisi Hannes Delkrua "Börnli"yə keçib.
Sportline.az xəbər verir ki, 24 yaşlı belçikalı ilə 2026-cı ilə qədər müqavilə imzalanıb. Müdafiəçi əvvəllər "Börnli"nin hazırkı baş məşqçisi Vinsent Kompaninin rəhbərliyi altında "Anderlext"də çıxış edib.
Delkrua Belçika klubunda 65 oyun keçirib və 2 qol vurub. "Transfermarkt" onun dəyərini 2 milyon avro qiymətləndirir.