Belçikalı ulduz "Napoli"yə keçə bilər
"Napoli" "Çelsi"nin və Belçika millisinin hücumçusu Romelu Lukakunu heyətinə qatmaq niyyətindədir.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, Neapol təmsiliçisi bu transfer üçün "Çelsi"yə25 milyon avro ödəməyə hazırdır.
Artıq Lukakunun özü ilə 3 illik razılıq əldə edilib və müqavilənin daha bir il uzadılması variantı da ola bilər.Futbolçu yeni klubunda ilinə 6.5 milyon avro və bonuslar qazanacaq.
Lukakunun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilə qədər idi. Ötən mövsümü icarə əsasında "Roma"da keçirən 31 yaşlı hücumçu paytaxt klubu ilə çıxdığı 47 oyunda 21 qol vurub, 4 məhsuldar ötürmə edib. 2024-cü il Avropa çempionatında Lukaku 4 oyun keçirib və bir məhsuldar ötürmə edib. Transfermarkt portalı 31 yaşlı belçikalıya 30 milyon avro qiymət qoyub.