Bellingem İsveçrə ilə oyunda meydanda olacaq

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem AVRO-2024-ün 1/4 finalında İsveçrə ilə oyun üçün diskvalifikasiyadan xilas olub.

Sportline.az xəbər verir ki, bu barədə SportBild nəşri məlumat yayıb.

Slovakiya ilə 1/8 final matçında Bellingem əlavə olunmuş 5-ci dəqiqədə vurduğu qoldan sonra idmançıya yaraşmayan hərəkətlə gündəmə gəlmişdi.

Mənbənin sözlərinə görə, UEFA İntizam Komitəsi futbolçunu diskvalifikasiya etməyəcək, lakin onu pul cəzası gözləyir.

Qeyd edək ki, İngiltərə milli komandası 1/4 final mərhələsində İsveçrə ilə iyulun 6-da qarşı qarşıya gələcək.