Bellinqemdən maraqlı açıqlama

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Union" üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Sportline.az xəbər verir ki, futbolçu “bütün matçda üstün olduq, yaxşı qol vəziyyətləri yaratdıq. Qələbə çox layiqdir. Məni kluba inteqrasiya etməkdə böyük əməyi olan hər kəsə çox minnətdaram. Ümid edirəm ki, 90+4 və ya 90+5-ci dəqiqələrdə qol vurmağa davam edəcəm. Baxmayaraq ki, erkən qol vurmağa başlasam, ürəyim üçün daha yaxşı olar”, - deyə bildirib.