Bellinqem transferində Vinisius amili

"Real"ın hücumçusu Vinisius Junior yarımmüdafiəçi Cud Bellinqemdən Madrid klubuna keçməsini istəyib.

Sportline.az xəbər verir ki, Vinisius özü danışıb.

“Bellinqemi "Real Madrid"də görmək istəyirdim. Keçən il Cuda tez-tez, bəlkə də, demək olar ki, hər gün məktublar yazır və ondan bizə gəlməsini xahiş edirdim”, - deyə Vinisius bildirib.

Bellinqem iyulda "Borussiya Dortmund"dan "Real Madrid"ə keçib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm 20 yaşlı ingilis 9 matça çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.