"Benfika" Rusiya klubuna "yox" dedi

"Benfika" David Neresi "Zenit"ə satmaqdan imtina edib.

Sportline.az xəbər verir ki, Sankt-Peterburq klubu Malkom və Klaudinyonun ayrılacağı təqdirdə braziliyalı cinah oyunçusu ilə müqavilə bağlamaq variantını nəzərdən keçirir.

"Mavi-ağ-göylər" Neresi 25 milyon avroya almaq istəsə də, Portuqaliya klubu bu məbləğə futbolçunu satmaqdan imtina edib. Benfika 100 milyon avro tələb edir.

Bundan əlavə, transferdən imtinaya braziliyalının əvvəllər Donetsk “Şaxtyor”unda çıxış etməsi də təsir edib.

Ötən mövsüm Neres Portuqaliya çempionatında 31 matçda 6 qol vurub, 8 məhsuldar ötürmə edib.