"Benfika"nı PAOK-a dəyişdi
"Benfika"nın yarımmüdafiəçisi Soualiho Meyte PAOK-a icarəyə verilib.
Sportline.az xəbər verir ki, 29 yaşlı fransalı ilə icarə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Meyte ötən mövsümü "Kremoneze"də keçirib. O, ötən mövsüm 35 matça çıxıb.