Benites "Selta"da

Rafael Benites "Selta"nın baş məşqçisi təyin olunacaq.

Sportline.az xəbər verir ki, Viqo komandası 63 yaşlı mütəxəssislə anlaşdığını açıqlayıb.

Gözlənilir ki, klub və məşqçi iyulda rəsmən müqavilə imzalayacaq və Rafael Benites mövsümöncəsi hazırlıq çərçivəsində dərhal komanda ilə işə başlayacaq.

La Liqada Rafael digər klublar arasında “Valensiya” və “Real Madrid”i çalışdırıb. O, həmçinin "Liverpul", "Napoli", "İnter", "Çelsi"dəki işi ilə də tanınır.