Benzema və Kantenin ardınca Fabinyo

"Liverpul"un futbolçusu Fabinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış insayder Nikolo Skira məlumat paylaşıb.

Onun sözlərinə görə, "Əl-İttihad" braziliyalının transferi ilə bağlı məsələni həll edib.

Sözügedən klubun Fabinyoya ilinə 25 milyon avro olmaqla 3 illi müqavilə təklif etdiyi bildirilir. 

"Liverpul" bu transferdən 45 milyon avro qazanacaq.

Qeyd edək ki, "Əl-İttihad" bundan əvvəl Kərim Benzema və Kanteni heyətə qatıb.