Bernardo Silva məyusdur
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komandasının Premyer Liqanın 8-ci turunda “Arsenal”la oyunda (0:1) məğlubiyyətini şərh edib.
Sportline.az xəbər verir ki, Silva bu barədə mətbuast xidmətinə danışıb.
“Bu, bizim üçün uğursuz nəticədir. Ancaq bu, səyahətin yalnız başlanğıcıdır. Mövsümün sonu hələ çox uzaqdır. Amma bu, açıq-aydın bizim istədiyimiz nəticə deyil”, - deyə komandanın mətbuat xidməti yarımmüdafiəçinin sözlərindən sitat gətirib.
Premyer Liqanın 8-ci turundan sonra "Mançester Siti" 18 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.