"Beşiktaş" 3 futbolçu ilə yolları ayıracaq

"Beşiktaş" klubu 3 futbolçusu ilə yolları ayırıb "Borussiya Dortmund"un oyunçusunu heyətinə qatmaq istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" bu mövsüm "Milan"dan transer etdikləri Ante Rebiç, Conas Svensson və Onur Bulutla yolları ayırmaq qərarına gəliblər.

İstanbul nəhənglərindən olan "Beşiktaş" heyətini "sarı-qaralar"ın sağ cinah hücumçusu Marius Uolfun transferində maraqlıdır. 

Qeyd edək ki, "Beşiktaş" rəsmiləri baş məşqçi ernando Santosa da mövsüm sonunadək şans verib.