"Beşiktaş" "Arsenal" 20 milyon avro təklif edəcək

"Beşiktaş" "Arsenal"ın futbolçusu Leandro Trossardı heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, İstanbul klubu bu keçid üçün qarşı tərəfə 20 milyon avroluq rəsmi təklif göndərməyi planlaşdırır.

Bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Qeyd edək ki, Trossardın London klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Banner