"Beşiktaş" ilk transferini sonlandırmaq üzrədir

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Beşiktaş" ilk transferini bitirməyə yaxındır.

Sportline.az xəbər verir ki, Türkiyə klubunun "Atletiko Madrid"in müdafiəçisi Qabriel Paulista ilə razılıq əldə etdiyi deyilir.

Ötən mövsümü ikinci dövrəsində paytaxt klubuna keçən 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.

Qabriel Paulistanın yaxın günlərdə meneceri ilə İstanbula gələcəyi və tibbi müayinədən keçəcəyi bildirilir.

Qeyd edək ki, braziliyalı müdafiəçi bu mövsüm Madrid klubunun heyətində 24 oyunda meydana çıxıb.