"Beşiktaş" Niderland klubunun futbolçusu ilə maraqlanır
"Beşiktaş" niderlandlı futbolçunu heyətinə qatmaq istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, söhbət 32 yaşlı sol cinah hücumçsusu Stiven Berquisdən gedir.
"Qara-qartallar" "Ayaks" klubu ilə rəsmi görüşmələrə başlayıblar. Türkiyə mediası Berquisin Raşit Qezalı əvəzləyəcəyi barədə məlumat yayıb.
Qeyd edək ki, Syiven Berquis bu mövsüm "Ayaks" forması ilə çıxdığı 26 oyunda 7 qol, 10 asistlə yadda qalıb.