"Beşiktaş" "Qarabağ"ın futbolçusunu transfer edəcək
"Beşiktaş" "Qarabağ"ın futbolçusunu transfer edəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" braziliyalı hücumçu Olaviyo Juninyonu heyətinə qatmaqda maraqlıdır.
"Qarabağ"ın UEFA Avropa Liqasındakı matçlarını izləyən İstanbul nəhənginin rəsmiləri Juninyo üçün təklif hazırlayacaqlar.
Qeyd edək ki, "Beşiktaş" klubu təcrübəli hücumçu üçün tələb olunan hər məbləği ödəməyə hazır olduğunu bildirib.