"Beşiktaş" Ter Ştegenin xidmətində maraqlıdır

"Barselona"da ayrlıq yaşana bilər.

Sportline.az xəbər verir ki, qış transfer dövründə qapıçı ilə güclənməyi planlayan "Beşiktaş"ın gündəminə Mark-Andre ter Ştegen düşüb.

İspaniyanın "Diario As" nəşrinin xəbərinə görə, "Qara qartallar" alman qapıçını icarəyə götürmək üçün rəsmi təklif təqdim edib.

Qeyd olunur ki, "Beşiktaş" təklifində 8 milyon avroluq satın alma opsiyası ilə birlikdə icarə variantını göstərib.

Klub rəhbərliyinin Ter Ştegenin mövsümün ikinci yarısında alacağı maaşın hamısını ödəməyə hazır olduğu bildirilib.

"Barselona"nın rəhbərliyi isə son qərarı qapıçıya buraxıb; əgər Ter Ştegen ayrılmaq istəsə, yanvarda transferinə icazə veriləcək.