"Beşiktaş" xorvatiyalı futbolçu ilə yolları ayıracaq
"Beşiktaş" klubu xorvatiyalı futbolçunun ayrılmaq qərarına müsbət cavab verib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" Ante Rebiçin klubdan ayırlmasına icazə verəcəklərini bildiriblər.
Xorvatiyalı futbolçu hazırda klubda əsas heyətə düşə bilməməsindən şikayətlənib və ayrılmaq istədiyini bildirib.
Qeyd edək ki, Ante Rebiç İtaliyanın "Milan" klubundan "Beşiktaş"a transfer olunmuşdu.