"Beşiktaş"a ulduz transferi

Yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen “Beşiktaş”a keçib.

Sportline.az xəbər verir ki, ingilis futbolçu 30 iyun 2026-cı ilə qədər müqavilə imzalayıb.

29 yaşlı yarımmüdafiəçi "Liverpul"un heyətində 146 oyuna çıxıb, 18 qol vurub və 15 məhsuldar ötürmə edib. O, həmçinin “Arsenal” və “Sauthempton”da da oynayıb.