"Beşiktaş"dan təkzib
Türkiyəli idman jurnalisti Sercan Dikme "Beşiktaş" klubunun "Lokomotiv"in yarımmüdafiəçisi Dmitri Barinovla yenidən maraqlanması ilə bağlı məlumatı şərh edib.
Sportline.az xəbər verir ki, Dikme "Beşiktaş" artıq Barinovun yerinə futbolçu transfer edib. İndi Rusiyada klubda görmək istədikləri futbolçular yoxdur” deyə açıqlama verib.
Jurnalist “Spartak”ın yarımmüdafiəçisi Anton Zinkovski ilə mümkün maraqla bağlı sualı da cavablandırıb.
“Ona maraq yox idi. Komandada hücum üçün cinah oyunçuları var. "Beşiktaş yalnız on nömrəli mövqe üçün oyunçu axtarır" - deyə Dikme əlavə edib.