Bokçularımız Rusiyada üç medal qazandılar

Boksçularımız Rusiyanın Oryol şəhərində keçirilən ənənəvi turnirdə uğurlu çıxış ediblər.

Sportline.az xəbər verir ki, yarışa qatılan 3 idmançımız biri qızıl, ikisi gümüş olmaqla üç medal qazanıb. 

63 kq çəki dərəcəsində çıxış edən Ruslan Neymətov bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Mirrahib Məmmədovla Şirin Şirinov isə hərəyə bir gümüş medalla kifayətlənib.