Boks federasiyası hədəfləri açıqladı
Azərbaycan Boks Federasiyasının (ABF) hədəfləri açıqlanıb.
Sportline.az xəbər verir ki, bu barədə ABF-nin yeni prezidenti Sahil Babayev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qarşıdakı hədəfləri bir neçə istiqamətə bölmək olar: "Qısa müddətli cari ildəki yarışlarda Azərbaycana medallar qazandırmaq istəyirik. Orta müddətli hədəfə gəlincə, Paris olimpiadasına çox vaxtımız yoxdur. Burada da hədəf medallar gətirməkdir. Uzunmüddətli hədəflər isə yeni gənc boksçu nəslinin yetişdirilməsidir. Bunun üçün seleksiyalar həyata keçirilməli, yeni gənc hakim nəslin üzə çıxmasına çalışmalıdır. Bu hədəflərin altında da çoxsaylı planlar olacaq".
S.Babayev Azərbaycanda yaxşı boks infrastrukturunun mövcud olduğunu sözlərinə əlavə edib: "Amma əhali arasında potensialı nəzərə alaraq, bu infrastrukturu genişləndirməliyik. Beynəlxalq arenada da əlaqələri genişləndirmək lazımdır".