Boksçularımız mübarizəyə başlayırlar
Bu gün Azərbaycanın ilk təmsilçiləri Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında mübarizəyə start verəcək.
Sportline.az xəbər verir ki, ilk olaraq kişi boksçular qüvvəsini sınayacaq.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 46 kq çəki dərəcəsində yarışan Ramal Yolçuyev Temirxan Daniarovla (Qırğızıstan) üz-üzə gələcək. Tağı Nəsibov (48 kq) Vadim Veçerski (Belarus) ilə, İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonovla (Tacikistan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanovla (Özbəkistan), Ziya Həsənov (66 kq) isə Vladislav Kuznetsov (Belarus) ilə döyüşəcək.
Qeyd edək ki, I MDB Oyunlarının açılış mərasimi sentyabrın 4-də olacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.