Boksçumuz Dünya çempionatında 4/1 finala yüksəldi

Polşanın Kielts şəhərində keçirilən gənclər arasında boks üzrə dünya çempionatında Azərbaycan seçmə komandasının üzvü Əli Zamanov 52 kq çəki dərəcəsində erməni rəqibini məğlub edib.

Sportline.az xəbər verir ki, Əli Zamanov 1/16 final mərhələsində R.Qarboyana 3:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. 

Bu mərhələdə boksçumuzun rəqibi Tayland təmsilçisi T.Aonyaem olub. Əli Zamanov rəqibini  3:1 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Boksçumuzun növbəti rəqibi rusiyalı E.Zhorov olacaq. 

Bu döyüş Bakı vaxtı ilə saat 16:00 da AİBA-nın rəsmi "Youtube” kanalında yayımlanacaq.