Boksçumuz erməni ilə üz-üzə

Bu gün Polşanın Keltse şəhərində boks üzrə gənclər arasında dünya birinciliyi başlanacaq.

Sportline.az xəbər verir ki, 11 gün davam edəcək yarışda Azərbaycanın 9 kişi boksçu mübarizə aparacaq.

Komanda üzvlərindən ilk olaraq rinqə Əzrək Bəbirov (56 kq) çıxacaq. Əli Zamanov (52 kq) isə 1/16 finalda Ermənistan təmsilçisi Ruben Qarboyana rəqib olub.

13 aprel
1/16 final

Əzrək Bəbirov (56 kq) – Maksat Jusipov (Qırğızıstan)

14 aprel
1/16 final

Əli Zamanov (52 kq) – Ruben Qarboyan (Ermənistan)
Əsəd Baxışov (91 kq) – Ramazan Dadayev (Rusiya)

15 aprel
1/16 final

Cəlal Qurbanov (60 kq) – Ferens Samu (Macarıstan)
Samir Nəsirov (69 kq) – Petar Knezeviç (Xorvatiya) / Mateus Urban (Polşa)

16 aprel
1/16 final

Elmir Novruzov (64 kq) – Darian Kastro (Kuba)
Cəfər Heydərli (75 kq) – Villiam Çolov (Bolqarıstan)
Murad Allahverdiyev (81 kq) – Domeniko Vingiquerra (İtaliya)

17 aprel
1/8 final

Nicat Hüseynov (49 kq) – Salvator Di Noto (İtaliya)/Allan Morozov (Estoniya)