Boksçumuz finaldadır

Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yeniyetmələr arasında Avropa birinciliyində finala yüksəlib.

Sportline.az xəbər verir ki, 54 kq-da yarışan idmançı yarımfinalda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib. Son Avropa çempionunu 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Qasımzadə həlledici görüşə vəsiqə qazanıb.

Onun finaldakı rəqibi rusiyalı Boqdan Prima olacaq.