Bonaventura debüt qolunu dəyərləndirdi

Cakomo Bonaventura AVRO-2024-ün seçmə mərhələsində İtaliya - Malta matçından (4:0) sonra ilk qolundan danışıb.

Sportline.az xəbər verir ki, UEFA rəsmi saytına müsahibə verən yarımmüdafiəçi çox xoşbəxt olduğunu bildirib.

“Qol vurmaq çox emosional bir andır. İtaliya millisinin forması ilə oynayanda və qol vuranda, təbii ki, bu, xüsusi emosiyadır. Vaxt keçdikcə şansım azalsa da, həmişə milliyə qayıtmağa ümid etmişəm. İndi klubumla yaxşı oynayıram, burada olmaqdan və milli komandaya kömək etmək imkanım olduğu üçün xoşbəxtəm”, - deyə futbolçu UEFA rəsmi saytına danışıb.