Bonqondanın "Spartak"dakı maaşı bəlli olub

Cinah müdafiəçisi Teo Bonqonda "Spartak"da 1,8 milyon avro alacaq.

Sportline.az xəbər verir ki, bu məbləğ Bonqondanın "Kadiz"də aldığı maaşdan azdır. İspaniyada cinah oyunçusu ildə 2 milyon avro qazanıb.

Eyni zamanda, Bonqondanın "Spartak"dakı maaşı müqavilənin ikinci və üçüncü illərində müvafiq olaraq 1,9 milyon avroya və 2 milyona yüksələ bilər.

Futbolçunun müqaviləsinin bonus hissəsinin təfərrüatları da məlum deyil.