"Bordo"nun sabiq yarımmüdafiəçisi "Rubin"ə keçib
"Rubin" argentinalı yarımmüdafiəçi Valentin Vada ilə müqavilə imzaladığını açıqlayıb.
Sportline.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Kazan"la 2025-ci ilə qədər müqavilə imzalayıb.
Argentinalının son klubu müqaviləsi yayda başa çatan "Saraqoza" olub. Bundan əvvəl Vada "Almeriya", "Tenerife", "Bordo" və "Sent-Etyen" klublarında çıxış edib.