"Borussiya" Hummelsə əvəzedici tapıb

Dortmund "Borussiya"sı sabiq müdafiəçisi Mats Hummelsin əvəzləyicisini tapıb.

Sportline.az xəbər verir ki, söhbət "Ştutqart"ın futbolçusu Valdemar Antondan gedir.

Fabrisio Romanonun X sosial şəbəkəsində paylaşdığı məlumata görə, dortmundlular artıq keçidi həll ediblər.

"Ştutqart"ın bu transferdən 22,5 milyon avro qazanacağı bildirilir. 

Valdemar Anton yeni klubu ilə 2028-ci ilədək müqavilə bağlayacaq.

Qeyd edək ki, futbolçu ötən mövsüm keçirdiyi 37 oyunda 1 qol və 4 asistlə yadda qalıb.