"Borussiya" Sabitzerlə maraqlanır

Marsel Sabitzer "Bavariya"dan "Borussiya"ya keçə bilər.

Sportline.az xəbər verir ki, Dortmund klubu 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Münhenlilər futbolçunu satmağa hazırdır və transfer üçün 15-20 milyon avro tələb edəcək. 

Futbolçunun özü hələ gələcəyi ilə bağlı qərar verməyib.