"Böyük dəbilqə"də ikinci gün

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" yarışı davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə cüdoçular 4 çəki dərəcəsində mübarizə aparırlar. 

Xatırladaq ki, yarışın ilk günündə Tərlan Kərimov (- 66kq) bürünc medal qazanıb.

Qeyd edək ki, "Böyük dəbilqə" dünya çempionatı və "World Masters" turnirindən sonra ən çox lisenziya xalları verən yarışdır. Buna görə, Olimpiadaya vəsiqə baxımından müstəsna əhəmiyyətə malikdir. Qaliblər 500, ikinci-üçünсü yerin sahibləri isə müvafiq olaraq 300 və 200 lisenziya xalına yiyələnəcək.