"Braqa"nın futbolçusu Rusiyanı istəmədi
Portuqaliya "Braqa"sının müdafiəçisi Vitor Tormena gələcəyi ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, 27 yaşlı braziliyalı Rusiya klubuna keçməyəcək. Futbolçunun karyerasını Almaniyada davam etdirəcəyi qeyd edilir.
Daha əvvəl müdafiəçi ilə "Spartak" və "Krasnodar"ın maraqlandığı bildirilirdi.