Braziliya prezidentindən etiraz: "Ançelotti gedib İtaliya millisinin probleimini həll etsin"

Karlo Ançelottinin millini çalışdırması Braziliya prezidentinin xoşuna gəlmir.

Sportline.az xəbər verir ki, italyan mütəxəssis 2024-cü ildə "Real Madrid"lə müqaviləsi başa çatdıqdan sonra Braziliya komandasına rəhbərlik edəcək.

“Ançelotti heç vaxt İtaliya millisinin baş məşqçisi olmayıb. Son mundialda belə oynamayan İtaliyanın problemlərini niyə həll etməsin?” - deyə Braziliya prezidenti Lula da Silva bildirib.