Braziliyadan İngiltərəyə
"Kristal Pelas" rəsmi saytında "Flamenqo"nun yarımmüdafiəçisi Mateus França ilə müqavilə imzaladığını açıqlayıb.
Sportline.az xəbər verir ki, 19 yaşlı braziliyalının ingilis klubu ilə müqaviləsi 5 il - 2028-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
França "Flamenqo" yetirməsidir. 2022/23 mövsümündə yarımmüdafiəçi 29 oyun keçirib və 3 qol vurub.