Braziliyadan Rusiyaya getmək istəyir
"San-Paulu"nun müdafiəçisi Mateus Belemin agenti Alexandre Soareş "Zenit"in futbolçu ilə müqavilə bağlamaqda maraqlı olduğunu söyləyib.
Sportline.az xəbər verir ki, futbolçunun agenti onu da qeyd edib ki, Braziliya komandası ilə müqaviləsi başa çatana qədər yeni klubla müqavilə bağlaya bilər.
“Zenit” bizimlə - Matheus Belemlə bağlı əlaqə saxladı. O, klubda yeni “almaz” sayılır, səkkiz ildir ki, "San-Paulu"dadır, lakin klubda debütünü bu yaxınlarda edib. Onun müqaviləsi 2024-cü ilin yanvar ayına qədər qüvvədədir və biz əvvəlcədən müqavilə əsasında növbəti kluba keçmək imkanını nəzərdən keçiririk " - deyə agent bildirib.
20 yaşlı mərkəz müdafiəçisi Belem bu mövsüm "San-Paulu" komandalarında 7 oyuna çıxıb, 2 qol vurub.