Braziliyalı futbolçu komandada qalır

Klaudinyo yay transfer pəncərəsində "Zenit"i tərk etməyəcəyinə inandırıb.

Sportline.az xəbər verir ki, braziliyalı müdafiəçi komandanı tərk etmək istəmir.

"Zenit"in Klaudinyonu 15 milyon avroya "Flamenqo"ya satmaqdan imtina etdiyi bildirilirdi.

Futbolçunun Sankt-Peterburq klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.