Braziliyalı futbolçu “Qalatasaray”dan ayrılacaq
Braziliyalı hücumçu "Qalatasaray"dan ayrılacaq.
Sportline.Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli futbolçu Karlos Vinisyus karyerasını digər Türkiyə klublarından birində davam etdirə bilər.
"Benfika"dan transfer olunan futbolçu istənilən performansı göstərmədiyi üçün "Qalatasaray"dan gedəcək.
Qeyd edək ki, Carlos Vinisyusun hazırki dəyəri 5 milyon avro olaraq göstərilib.