Braziliyalı futbolçu Rusiyaya qoyulan qadağadan narazıdır

ÇSKA-nın müdafiəçisi Moises Barbosa bildirib ki, bütün Rusiya Premyer Liqası (RPL) oyunçuları avrokuboklara qayıtmaq istəyirlər.

Sportline.az xəbər verir ki, Rusiya klubları və milli komandaları 2022-ci ilin yazından UEFA-nın himayəsi altında keçirilən yarışlardan kənarlaşdırılıb. 

“RPL-dəki hər kəs məhdudiyyətlərin aradan qaldırılmasını və bir gün yenə də Avropa yarışlarına qayıtmağımızı istəyir. Hamı Çempionlar Liqası və Avropa Liqasında oynamaq istəyir. Biz dünyada vəziyyətin necə olduğunu görürük, hər şey bizə tam aydındır. Amma yenə də ümid edirik ki, bir gün beynəlxalq futbola qayıdacağıq" - deyə Moises Barbosa bildirib.