Braziliyalı futbolçu yenidən Türkiyə klubuna qayıda bilər
Braziliyalı futbolçu yenidən Türkiyə klubunda çıxış etmək istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, braziliyalı müdafiəçi Markao "Sevilya" ilə yolları ayırmaq qərarına gəlib.
İspaniya klubu daha öncə Markaonu "Qalatasaray"dan 13 milyon avro qarşılığında transfer etmişdi.
Qeyd edək ki,"Sevilya" rəsmiləri hazırda braziliyalının icarə əsasında komandadan ayrıla biləcəyini deyiblər.