Braziliyalı ulduz "Əl-İttihad"ın hədəfində
PSJ-nin müdafiəçisi Markinyos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportline.az Sports Zone nəşrinə istinadla xəbər verir ki, 29 yaşlı braziliyalı "Əl-İttihad"ın hədəfindədir.
Komandanın baş məşqçisi Nunu Eşpiritu Santunun onun xidmətində maraqlı olduğu bildirilir.
Keçidə "Əl-İttihad"ın futbolçusu Fabinyo vəsilə ola bilər.
Qeyd edək ki, Markinyosla Səudiyyə Ərərbistanının digər klubu "Əl-Nəsr"də ciddi maraqlanır.