Braziliyalının Rusiya arzusu
Braziliyanın "Santos" klubunun forvardı Alfredo Morelosun agenti Martin Kamanyo futbolçunun arzusunu dilə gətirib.
Sportline.az "Sport24"ə istinadla xəbər verir ki, Kamanyo Moraloesin "Zenit"ə keçmək istədiyini bildirib.
“Qış üçün planlar var. Avropaya, Rusiyaya qayıdış çox gözəl olardı. “Zenit” kimi komandaya keçmək istəyirik. Yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək”, - deyə Kamanyo bildirib.
Qeyd edək ki, Morales 1 ay əvvəl "Santos"a keçib və 2 dəfə meydanda olub.