Brozoviç ərəblərlə danışıqları davam etdirir
Marselo Brozoviç "Əl-Nəsr" ilə danışıqları davam etdirir.
Sportline.az xəbər verir ki, daha əvvəl Səudiyyə Ərəbistanı klubunun "İnter"in yarımmüdafiəçisini 23 milyon avroya alacağı, futbolçunun özünün isə ildə 20 milyon avro qazanacağı bildirilirdi .
Xorvat futbolçu hələ bu təklifi qəbul etməyib. O, mövsüm başına 30 milyon avro maaş istəyib.
Brozoviçin “Əl-Nəsr”ə keçməyə tələsməməsinin səbəblərindən biri də “Barselona”nın marağıdır.
Brozoviç ötən mövsüm "İnter"in heyətində 40 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə edib və 10 sarı vərəqə alıb.